Fransız yazıçı (fr. Antoine de Saint-Exupéry; 29 iyun 1900 – 31 iyul 1944) — fransız yazıçısı və təyyarəçi. O, 1900-cu ildə Fransanın Leon şəhərində anadan olub. Uşaq vaxtı anasından eşitdiyi nağıllar onu ədəbiyyata bağlayır. Amma yazıçı ömrünün çox hissəsini yazı masası arxasında deyil, səmada keçirib. Belə ki, Ekzüperi dövrünün məşhur təyyarəçilərindən biri olub. Təyyarəyə böyük marağı əsgərlik illərində yaranır. 1923-cü ildə ilk dəfə aviaqəzaya uğrayaraq kəllə-beyin travması alır. Odur ki, bir müddət peşəsindən uzaq düşür. Parisə yerləşən Ekzüperi yazıçılıqla məşğul olur. “Balaca şahzadə” və “İnsanlar planeti” əsərləri ilə dünya şöhrəti qazanmışdır.
Əsərləri: “Hərbi təyyarəçi” (1942), “Balaca şahzadə” (1943), “İnsanlar planeti” və s.
Ədəbiyyat
Tarixdə bu gün
Xəbərlər
29 İyun – Fransız yazıçısı Antuan de Sent-Ekzüperinin 125 illiyi, (1900- 1944)
- İyun 29, 2025
- Less than a minute
- 164 Baxış
- 1 il əvvəl
