Avropa İttifaqı (Aİ) qurumları yeraltı təbii qaz anbarlarının doldurulması qaydalarını yüngülləşdirməyə razılaşıblar.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Belə ki, Aİ Şurası üzv ölkələrlə Avropa Parlamenti (AP) arasında təbii qazsaxlama öhdəlikləri ilə bağlı qaydalara ediləcək dəyişikliklərlə bağlı razılıq əldə olunduğunu açıqlayıb.
Məlumata görə, müvafiq olaraq üzv dövlətlərin qaz anbarı ilə bağlı öhdəlikləri 2027-ci ilin sonuna qədər uzadılacaq. Vurğulanıb ki, hazırkı məcburi təbii qaz anbarlarının doldurulması hədəfi 90% saxlanılacaq.
Daha əvvəl 1 noyabr olaraq müəyyən edilən doluluq səviyyəsinə çatma hədəfi oktyabrın 1-dən dekabrın 1-nə qədər uzadılacaq. Bundan əlavə, dəyişən bazar şərtləri və bazar dalğalanmaları zamanı üzv ölkələrə əlavə rahatlıqlar təmin ediləcək.
Yeni qaydalar Aİ Şurası və AP tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.
Qeyd edək ki, Aİ-nin qaz saxlama qaydaları Rusiya-Ukrayna müharibəsi başlayandan sonra tətbiq edilir.
Gundelik.az
