İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

Azərbaycanda yeni avtomat meteoroloji stansiyalar quraşdırılacaq

Azərbaycanda yeni avtomat meteoroloji stansiyalarının quraşdırılmasına başlanılır.

Gundelik.az-ın məlumatına görə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.

Qurum qeyd olunan işlərin icrasını “Lab Test” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 985 min manat ödənilib.

Avtomat meteoroloji stansiyaların alınması və quraşdırılması işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Gundelik.az