İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 4%-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanla Ukrayna arasında ticarət əməliyyatlarının həcmi 158,4 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 5,5 milyon ABŞ dolları və ya 3,6% çoxdur.

Hesabat dövründə Ukrayna ilə ticarət əməliyyatları Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,94%-i həcmində olub.

Cari ilin yanvar-aprel aylarında Azərbaycandan Ukraynaya 65,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 170,8 milyon ABŞ dolları və ya 31,1% çoxdur.

Eyni zamanda 2025-ci ilin yanvar-aprel aylarında Ukraynadan Azərbaycana 92,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 10,1 milyon ABŞ dolları və ya 10% azalma deməkdir.

Gundelik.az