İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Paris Putini İstanbulda Zelenski ilə görüşməyə çağırıb

Fransanın xarici işlər naziri Jan-Noel Barrot bazar ertəsi bildirib ki, Rusiya Prezidenti Vladimir Putin cümə axşamı İstanbulda Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməyə razılıq verməlidir.

Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenski fürsətdən istifadə edib şəxsən İstanbula getməyi təklif etdi. Biz Vladimir Putini razılaşmağa çağırırıq. Parisin nöqteyi-nəzərindən atəşkəs istənilən sülh danışıqları üçün “ilkin şərtdir”, – Fransa mətbuatı nazirin sözlərindən sitat gətirir.

“Aydındır ki, ədalətli və davamlı sülh danışıqları ancaq atəşkəslə baş tutacaq, çünki biz bombalar və pilotsuz təyyarələrin hücumları altında səmimi danışıqlar apara bilmərik”, – Barro bildirib.

Bazar ertəsi səhər Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas da danışıqlar prosesinə başlamaq üçün Ukraynada atəşkəsin vacibliyini vurğulayıb. “Sülh danışıqlarına başlamaq üçün atəşkəs lazımdır. Rusiyaya təzyiq etmək lazımdır, çünki o, öz oyununu oynayır”, – Kallas deyib.

Daha əvvəl “Politico” xəbər vermişdi ki, Avropa liderləri Ukraynada ilkin şərt olmadan 30 günlük atəşkəslə razılaşmaq üçün Rusiyaya təzyiqi artırmağı təklif ediblər. Əks halda Rusiya Federasiyasına qarşı yeni sanksiyaların tətbiq ediləcəyi və Ukraynaya hərbi dəstəyin artırılacağı gözlənilir.

Gundelik.az