İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İspaniyadan BMT-yə 500 milyon avro DƏSTƏK – Qəzzada hərbi cinayətlər araşdırılacaq

İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İsrail ordusunun hücumu və blokadası altında olan Qəzza zolağında insan hüquqlarının pozulması və hərbi cinayətlərin araşdırılması səylərini dəstəkləmək üçün Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığına (OHCHR) əlavə 500 milyon avro verəcəklərini açıqlayıb.

Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, o, aprelin 1-də parlamentin Xarici Əlaqələr Komitəsində hökumətin təsdiq etdiyi 2025-2028-ci illər üçün yeni Xarici Fəaliyyət Planını təqdim edib.

Albares Beynəlxalq Ədalət Məhkəməsində (ICJ) keçirilən iclasda BMT-yə beynəlxalq humanitar hüquqa uyğun hərəkət etmənin zəruriliyini xatırlatdıqlarını, İsrailin də BMT üzvü olaraq BMT qurumları ilə əməkdaşlıq etməli və Fələstin xalqının əsas ehtiyaclarını ödəməli olduğunu bildirib.

İspaniyalı nazir deyib: “Qəzzada müharibə cinayətlərinin və insan hüquqlarının pozulmasının araşdırılmasında öz səylərimizi və potensialımızı artıracağıq. Bu məqsədlə 500 milyon avro əlavə dəstəkayıracağıq. Qəzzada vəziyyət tamamilə qəbuledilməzdir”.

Albares günahsız fələstinli mülki şəxslərin həyatını xilas etmək üçün təcili humanitar yardıma ehtiyac olduğunu vurğulayıb.

Qəzzayə humanitar yardımın daxil olmasını tələb etdiklərini bildirən Albares, İspaniyanın ən qısa zamanda Qəzzaya yardım göndərməyə hazır olduğunu bildirib.

O, Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) Qəzzada oynadığı mühüm rola toxunaraq, İspaniyanın BMT və onun qurumlarına dəstəyini davam etdirəcəyini bildirib.

Gundelik.az