Kursk vilayətində gedən döyüşlər zamanı Rusiya Hava Desant Qoşunlarının (VDV) XI Əlahiddə Qvardiya Hava Desant Hücum Briqadası 11 yaşayış məntəqəsinin azad edilməsində iştirak edib.
Gundelik.az TASS-a istinadən xəbər verir ki, bu barədə briqada komandiri, çağırış işarəsi Barkas məlumat verib.
Onun sözlərinə görə, əsgərlər Ulankidən Mirnı qəsəbəsi vasitəsilə Kursk torpağında döyüş yolu keçiblər. O, əlavə edib ki, Veteranlar briqadası ilə birlikdə Qonçarovka, Kolmakov, Dmitryukiv, Bondarevka, Podol, Zaoleşenka, Rubanşina və Qoqolevkanı Ukrayna qoşunlarından azad ediblər.
“Ümumilikdə, briqada üçü böyük olmaqla 11 yaşayış məntəqəsini azad etdi”, – Barkas deyib.
Qeyd edək ki, daha əvvəl Rusiya Silahlı Qüvvələri Donetsk Xalq Respublikasının (DXR) Şevçenko kəndini azad edib.
Gundelik.az
