İyul 8, 2026
Baku
Dünya Kateqoriya seçilməyən Xəbərlər

Yunanıstanda dəmir yolu və bərə xidmətləri dayandırıldı

Yunanıstanda Panhellenik Dəniz Federasiyasının elan etdiyi tətilə görə bərə reysi iflic olub.

Gundelik.az xəbər verir ki, bu barədə federasiyanın bəyanatında bildirilib.

“Biz işdən çıxarılan bütün işçilərlə müqavilələrin bərpası, “boz” iş sxemlərinin ləğvi və bütün kateqoriyalar üzrə dəniz nəqliyyatı işçiləri üçün kollektiv əmək müqavilələrinin imzalanması üçün mübarizəmizi davam etdiririk”, – federasiyanın tətillə eyni vaxta həsr olunmuş bəyanatında deyilir.

Bundan əlavə, etirazçılar iş qrafikinin pozulmasına son qoymağa çağırır və dəniz nəqliyyatı işçilərinə tibbi xidmətin yaxşılaşdırılmasının vacibliyini təkid edirlər.

Məlumata görə, onlara dəmiryolçular da qoşulub və Afinada iki əsas həmkarlar ittifaqının çağırışı ilə 1 May bayramı ilə bağlı nümayiş keçirilib. Nümayişdə yeddi minə yaxın insan iştirak edib.

Qeyd edək ki, bir müddət əvvəl Yunanıstanın ən böyük həmkarlar ittifaqları artan yaşayış xərclərinin öhdəsindən gəlmək üçün maaşların artırılmasını tələb edərək tətilə başlayıblar.

Gundelik.az