İyul 8, 2026
Baku
Dünya İqtisadiyyat Xəbərlər

İspaniyada elektrik kəsintisi ölkə iqtisadiyyatına 1-4,5 milyard avro zərər vura bilər

Aprelin 28-də İspaniyada baş verən kütləvi elektrik kəsilməsi ölkə iqtisadiyyatına böyük zərbə vurub.

Gundelik.az xarici mətbuata istinadən xəbər verir ki, ilkin hesablamalara görə, iqtisadiyyata mümkün zərər 1-4,5 milyard avro arasında dəyişə bilər.

Qranada Universitetinin iqtisadiyyat professoru Fransisko Rodrigez izah edib ki, zərər elektrik kəsilməsinin müxtəlif sənaye sahələrinə təsir dərəcəsindən asılı olaraq dəyişə bilər və ölkənin illik ÜDM-nin 0,3%-nə çata bilər.

“Enerjinin kəsilməsi bütün gün davam etsəydi, itkilər təqribən 4,5 milyard avro təşkil edəcəkdi. Lakin günortadan sonra enerji təchizatının bərpası ilə bir çox şirkətlər qismən işlərimi bərpa edə biliblər”, – o deyib.

Qeyd edək ki, İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfərin öldüyü bildirilirdi. Elektrik enerjisinin kəsilməsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət də elan edilmişdi.

Gundelik.az