Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) daha bir çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı işlərə start verir.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu dəfə agentlik yeni yaşayış kompleksinin Yevlax şəhərində inşasına başlanılır.
Belə ki, yaşayış binaları rayonun R.Budaqov küçəsi 1 ünvanında 1,9 ha torpaq sahəsində inşa olunacaq.
Artıq sözügedən işlərlə əlaqədar olaraq MİDA mühəndis-kommunikasiya şəbəkəsinin tikintisi, ərazinin abadlaşdırılması və yaşıllaşdırılması işlərini görəcək şirkəti müəyyənləşdirib.
MİDA sözügedən işləri “Enerji Qrup” MMC-yə həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 5 318 197 manat ödənilib.
Qeyd edək ki, işlərin həvalə olunduğu “Enerji Qrup” MMC 2012-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Nəsibov Xəyal Balaisa oğludur.
Gundelik.az
