İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub

Əfqanıstanın şimal-şərqində Pakistanla sərhəd yaxınlığında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

Gundelik.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan bölməsi məlumat yayıb.

Məlumata əsasən, çərşənbə günü Moskva vaxtı ilə saat 02:14-də qeydə alınan zəlzələnin episentri Pakistanla sərhəddən təxminən 14 km, Əfqanıstanın Əsədabad şəhərindən 89 km şimalda baş verib.

Yeraltı təkanların ocağı 99 km dərinlikdə olub.

Zəlzələdən zərər çəkənlərin olub-olmaması barədə məlumat verilməyib.

Gundelik.az