“Körpə Ulduz” uşaq bağçası Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilir.
Gundelik.az-ın əldə etdiyi məlumata görə, bu barədə uşaq bağçası özü elan edib.
Belə ki, sözügedən uşaq bağçası adını və təşkilati-hüquqi formasını dəyişərək MMC-yə çevrildiyini bildirir.
Qeyd edək ki, “Körpə Ulduz” uşaq bağçası 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan uşaq bağçasının qanuni təmsilçisi Dünyamalıyeva Samirə Muxtar qızıdır.
Gundelik.az
