Fələstinli jurnalist Hossam Şabat İsrailin Qəzzaya qarşı həyata keçirdiyi hava hücumları zamanı həlak olub. Al Jazeera Mubasher kanalının əməkdaşı olan 23 yaşlı Şabat bazar ertəsi İsrailin maşınını hədəf alması nəticəsində həyatını itirib.Onun anası Amal Şabat oğlunun ölümünü hələ də qəbul edə bilmir. Ağrı içində göz yaşlarını saxlaya bilməyən qadın, oğlunun hər zaman “şəhid” olaraq öləcəyini dediyini xatırlayır. “Oğlum şəhid oldu… Oğlum qəhrəmandır,” – deyə o, titrək səslə bildirir.Hossam Şabatın ölümü İsrailin Qəzzadakı jurnalistləri hədəf alması ilə bağlı narahatlıqları daha da artırıb. Al Jazeera, əməkdaşlarının hədəf alınmasını sərt şəkildə qınayaraq, bu hücumların media azadlığına qarşı açıq təhdid olduğunu bildirib.
Gundelik.az
