İyul 8, 2026
Baku
Xəbərlər

İsrailin cənubi Livana hücumları nəticəsində ən azı dörd nəfər ölüb

Gundelik.az xəbər verir ki, Livanın Səhiyyə Nazirliyi bildirib ki, İsrail ordusunun cənubi Livana endirdiyi iki ayrı hava zərbəsi nəticəsində azı dörd nəfər həyatını itirib. İsrail isə hücumların Hizbullah üzvlərini hədəf aldığını iddia edir.Cümə axşamı baş verən hücumlar, İsrail və Hizbullah arasında bir ildən çox davam edən qarşıdurmadan sonra noyabr ayında əldə edilən atəşkəsə baxmayaraq, bölgədəki ölümcül hücumların sonuncusu olub.“Livanın Yohmor əl-Şaqif bölgəsində bir avtomobilə İsrailin düşmən hücumu nəticəsində üç nəfər həlak olub”, – deyə Səhiyyə Nazirliyinin bəyanatını Milli Xəbər Agentliyi (NNA) yayıb.

NNA-nın məlumatına görə, düşmən pilotsuz uçuş aparatı həmin avtomobili hədəf alıb və hücum artilleriya atəşləri ilə eyni vaxtda həyata keçirilib. Digər tərəfdən, İsrail ordusu bəyan edib ki, “cənubi Livanın Yohmor bölgəsində bir neçə Hizbullah terrorçusunun silah daşıdığı aşkar edilib” və ordunun həmin şəxsləri hədəfə aldığını bildirib.

Gundelik.az