İyul 8, 2026
Baku
Tarixdə bu gün

9 Oktyabr Ümumdünya Poçt Günü, (1874)

Oktyabr ayının 9-da bütün dünyada poçt sahəsi işçilərinin peşə bayramı –Ümumdünya Poçt Günüdür. Ümumdünya Poçt İttifaqının (ÜPİ) XIV konqresinin qərarı ilə Ümumdünya Poçt Günü1974-cü ildə ittifaqın yaranması günü qeyd olunur. 9 oktyabr 1974-cü ildə İsveçrədə 22 ölkənin nümayəndəliyi ilə Baş Poçt Birliyinin

əsasını qoyan “Bern sazişi” imzalanıb. Bu gün  ÜPİ-yə üzv olan 191 ölkənin hamısında qeyd olunur. 1978-ci ildə birliyin adı dəyişdirilərək Ümumdünya Poçt İttifaqı adlandırılıb. Ümumdünya Poçt Günü hər il 9 oktyabr tarixindən etibarən bir həftə ərzində – “Beynəlxalq məktub həftəsi” adı altında keçirilir. Azərbaycan ÜPİ üzvlüyünə 1993-cü ilin aprelində qəbul olunub. Bu hadisə respublikanın poçt sahəsi üzrə fəaliyyətinin genişlənməsinə böyük imkanlar yaradıb. Ölkəmizdə poçt sahəsini “Azərpoçt” Birgə Müəssisəsi təmsil edir. XX əsrin sonunda SSRİ-nin dağılması və respublikamızın müstəqillik əldə etməsi ilə poçt rabitəsinin inkişafında da yeni mərhələyə start verilib. Respublikada poçt və elektrik rabitəsinin təşkili və xidmətlərin göstərilməsi “Azərpoçt” İstehsalat Birliyi tərəfindən həyata keçirilməyə başlayıb. ÜPİnın məlumatına görə, beynəlxalq poçt öz müştərilərininin 6800 dilində danışır və dünyada ən böyük ölçüyə malik fiziki poçtdaşıma şəbəkəsidir.

Ümumdünya Poçt Günü çərçivəsində hər il keçirilən tədbirlər (nadir marka və açıqcaların tematik sərgisi, poçt markalarının şəkillərinin müsabiqəsi, müxtəlif maarifləndirici aksiyalar və s.) müəyyən mövzuya həsr olunur.

Gundelik.az