Zəmanəmizdə yayılan bütün ədəbiyyat tarixlərində Nəvainin elmi, dini, sənəti, Türkçülüyü xüsusi yer tutur. Nəvai yalnız elm və sənət sahəsində deyil, ölkənin mədəni hala gəlməsində, texniki sənətlərin inkişafında və iqtisadiyyatının güclənməsində də böyük xidmətləri olan şəxsiyyətlərdəndir.
Əlişir Nəvai 9 fevral 1441-ci ildə Herat şəhərində anadan olmuşdur. Zamanın bəstəkar və rəssamlarını ən çox təşviq və himayə edənlərdən biri də Nəvai olmuşdur. Ancaq onun əsas böyük xidməti “Türkçülük” və “Türk dilçiliyi” sahəsində olmuşdur və bu baxımdan misilsizdir.Əlişir Nəvai ərəbcə və farscanı ana dili kimi bilir,öz dövründə bu dillərdə ən gözəl əsərləri yaza biləcək qədər incəliklərinə vaqif idi.Əsrlərə örnək olacaq əsərləriylə bunu sübuta yetirmişdi. Ancaq o dövründəbinə uyaraq ərəb dilində və xüsusilə fars dilində yazan Türk şairlərinə qarşı çıxır, Türk dilinin əcnəbi dillərin kölgəsində qalmasına qarşı üsyan edirdi. Nəvai Türk dilinin bir məcazlar,cinaslar,qafiyələr və fellər dili olduğunu, səs və məna incəlikləriylə çatdırılan qüdrətli ifadə imkanlarının fars dilindən üstün olduğun bilir,bunu sübut etmək istəyirdi.Ona görə milli və yüksək bir ədəbiyyat, ancaq milli şüur və milli zövqün inkişaf etdirildiyi bir dildə yaradılırdı.”Mühakəmət-ül-Lüğəteyn” adlı əsərini bu məqsədlə meydana gətirmişdi. Əsərləri: Əlişir Nəvai 16-sı mənzum,16-sı mənsur olmaqla bir-birindən dəyərli 32 əsər yazmışdır.Çoxunun əlyazma nüsxələri kitabxanalarımızda saxlanılır. Bu əsərlərin hamısı məşhurdur, amma ən məşhurları “Mühakəmət-ül Lüğəteyn”,”Məcalisün-Nəfais” adlı əsərləriylə, beş məsnəvidən ibarət olan “Xəmsə”si və bütün şerlərini topladığı “Divan”lardır. “Mühakəmət-ül Lüğəteyn” adlı əsərində Türk və fars dillərini qarşılaşdırır.Türk dilinin və Türklərin əcəm dilindən və əcəmlərdən hansı baxımdan üstün olduğunu açıqlayır, sübuta yetirir. “Məcalisün-Nəfais” şairlər və ədiblər təzkirəsidir. Başqa cür desək, bir ədəbiyyat tarixidir və XV əsrdə Türküstan və iranda yetişən şairlərin həyat və yaradıcılıqlarına dair dəyərli məlumatlar verməkdədir. “Xəmsə”sində “Fərhad və Şirin”,”Leyli və Məcnun” kimi mənzum romanları, Makedoniyalı İskəndərin həyatından bəhs edən “Səddi-İskəndəri”,sasani hökmdarı Bəhram Gurun həyatından bəhs edən “Səbəy-Səyyarə” adlı tarixi əsərləri, əxlaq və təsəvvüfə dair fikirlərini əks etdirir. Divanlarında isə uşaqlığından etibarən yazdığı
bütün şerləri toplanıb.Qəzəllər, müxəmməslər, rübailər, müstəzadlar, müfrədlərdən ibarət bu şerlər Orta Asiya Türk dilinin ən gözəl nümunələridir.Əlişir Nəvainin şerləri həm yazıldıqları dövrdə,həm də sonralar bütün Türk dünyasında zövqlə oxunmuş,çox məşhur Türk şairləri onu örnək bilmiş, ona təriflər yazmışdır. Əsərləri: “Yeddi səyyarə”.
Gundelik.az
