1 yanvardan qüvvəyə minən Hərbi Xidmətin Moderinləşdirilməsi qanunu, Rusiyanın Ukraniyaya tammiqyaslı işğalından sonra təhdidlərdən müdafiəyi gücləndirməyi hədəfləyir. Müdafiə Nazirliyinin sözçüsü BBC-yə göndərdiyi açıqlamada 17 yaş və yuxarı kişilər üç aydan çox xaricdə qalmaq üçün əvvəlcədə razılıq alması tələb olunduğu təsdiqləndi.
Mövcud qanuna əsasən, sayəhət təsdiqləri ümumiyyətlə verilməlidir və qaydanın pozulduğu təqdirdə necə tətbiq olunacağı hələ də məlum deyil. İcazə almaq tələbi cümə günü Frankfurter Rundschau qəzeti tərəfindən bildirilənə qədər əsasən diqqətdən kənarda qalmışdı.
Müdafiə Nazirliyinin sözcüsü bildirib ki, qayda “etibarlı və mənalı hərbi qeydiyyat sistemini təmin etmək” məqsədi daşıyır və əlavə edib: “Fövqəladə hallar zamanı kimi xaricdə uzun müddət qala biləcəyini bilməliyik”.
Bəyanatda gənclət üçün nəticələrin “uzunmüddətli” ola biləcəyi qəbul edilib və “qismən lazımsız bürokratiyanın qalşısını almaq üçün” istisnalara bağlı qaydaların hazırlandığı bildirilib. Tələbin hüquqi əsası Almaniyanın 1956cı il tarixli Hərbi Xidmətə Çağırış Qanundadır və bu qanun bir neçə dəfə, ən sonuncu dəfə ötən ilin dekabr ayında dəişdirilib.
Son düzəlişdən əvvəl xaricdə uzun müddət qalma barədə məlumat vermək öhdəliyi yalnız Almaniya milli müdafiə və ya səfərbərlik vəziyyətində olduqda tətbiq olunurdu. Müdafiə Nazirliyinin rəsmisi oxşar müddəanın “Soyuq Müharibə dövründə qüvvədə olduğunu və heç bir prktik əhəmiyyəti olmadığını” bildirib.
Hərbi xidmətin Moderinləşdirilməsi Qanunda 2035ci ilə qədər akdiv şəxsi heyətin sayının təxminən 180.000dən 260.000ə qədər artırılması planları müəyyən edilib.
Tərtib edən: Cəfərova Kəmalə
İstinad: BBC News
Gundelik.az

