İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün

30 Sentyabr – Şair Vaqif İbrahimin 80 illiyi, (1945-1983)

İbrahimov Vaqif Əliyar oğlu  1945-ci il sentyabrın 30-da Şəki şəhərində doğulmuşdur. Burada orta təhsil aldıqdan sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə jurnalist kimi başlamışdır. Sumqayıt şəhər radio verilişləri redaksiyasında redaktor (1968-1970), məsul redaktor (1971-1975), Əli Kərim adına Sumqayıt gənclik poeziya klubunun sədri (1970-1971),

“Ulduz” jurnalı redaksiyasında ədəbi işçi (1975-1976), “Göyərçin” jurnalının məsul katibi (ömrünün sonuna qədər) olmuşdur. Eyni zamanda 1980-1983-cü illərdə Azərbaycan LKGİ MK nəzdində gənc yazıçıların respublika ədəbi birliyinə rəhbərlik etmişdir. Azərbaycan komsomolunun XXX-XXXI qurultaylarında nümayəndə, XXXI qurultayında respublika LKGİ MK-ya üzv seçilmişdir. Baykal Amur magistralının fəxri inşaatçısı adına layiq görülmüşdür. SSRİ-Bolqarıstan “Drujba” jurnalı redaksiya heyətinin üzvü olmuşdur. 1983-cü ildə faciəli surətdə həlak olmuş, Sumqayıtda dəfn olunmuşdur.

Əsərləri: “Bu torpaqda doğulanlar” (1970), “Ömür balladası” (1970), “Dünyanın keşiyində” (1974), “Baykal-Amur magistralında” (1975), “Mehribanlıq işığı” (1981), “Vaxtla üz-üzə” (1982), “Taleyimə yazılanlar” (1985).

Gundelik.az