Gundelik.az Elm və təhsil Ədəbiyyat 28 Avqust   Yazıçı Əlibala Hacızadənin 90 illiyi, (1935-2009)
Ədəbiyyat Tarixdə bu gün

28 Avqust   Yazıçı Əlibala Hacızadənin 90 illiyi, (1935-2009)

   Əlibala Hacızadə 1935ci il  avqustun 28də  Biləsuvar rayonunun  Ağalıkənd kəndində anadan olmuşdur. Rayonun  Xırmandalı kənd orta məktəbini bitirdikdən sonra  ADUnun şərqşünaslıq fakültəsinin fars şöbəsində təhsil almışdır ?1953-1958) Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlamışdır (1958) .

Əfqanıstanda mütərcimlik etmişdir (1966-1970).

Sonra yenidən Azərbaycan EA Yaxın və Orta Şərq xalqları İnstitutunda (indiki  Şərqşünaslıq insitutunda baş elmi işçi vəzifəsində işləmiş (1976-cı ildən) və ömrünün sonuna qədər həmin institutun İran filologiyası şöbəsində çalışmışdır. 1994-96-cı illərdə “Nizami” jurnalının baş redaktoru olmuşdur. “Mənim müəlliməm” adlı ilk hekayəsi  1956cı ildə Uşaqgəncnəşrin buraxdığı “Gəncliyin səsi” almanaxında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmişdir. 2009cu ilin oktyabr ayının 8-də vəfat etmişdir.”İtkin gəlin” romanı əsasında yazdığı ssenarisinə 12 seriyalı bədii televiziya filmi çəkilmişdir (1993-1994). Əlibala Hacızadənin Azərbaycan ədəbiyyatına gətirdiyi yeni mövzulardan biri elmi mühitin təsviridir. O, “Təyyarə kölgəsi”, “Vəfalım mənim” romanları ilə elm adamlarının bir növ qapalı olan həyatını geniş oxucu kütləsinə çatdırdı. 1980ci illərin ikinci yarısında Ə.Hacızadənin qələmə aldığı “Möcüzə” romanı o dövrdə baş verən mürəkkəb ictimai proseslərə özünəməxsus bir baxışı əks etdirdi.Yazıçının  XX əsr poeziyasının məşhur nümayəndələrindən olan Fərrux Yəzdiyə həsr olunmuş monoqrafiyası dünya şərqşünaslığında bu böyük şairin həyat və yaradıcılığı haqqında ilk geniş tədqiqatdır.  Bundan başqa o, müasir İran romanının tipologiyasına dair fundamental elmi araşdırmanın müəllifidir. Əlibala Hacızadə həmçinin bir sıra orta əsr mənbələrini dilimizə tərcümə etmişdir. Əlibala Hacızadə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş, İranda “Ölməz şəxsiyyətlər” mükafatına layiq görülmüş, çoxillik elmi fəaliyyətinə görə Azərbaycan Milli Elmlər Akademiyası  Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir.

Əsərləri: “Heykəl gülür” (1961), “Unutmaq olmur” (1963), “Məhəbbət olmayan evdə” (1965), “Fərruxi Yəzdinin poeziyası” (1965), “Cehiz” (1969), “Pəhləvan” (1974), “Təyyarə kölgəsi” (1974), “Əfsanəsiz illər” (1981), “Ayrılığın sonu yoxmuş” (1983), “Vəfalım mənim” (1985), “Dünyanı tanı” (1990), “İtkin gəlin” (roman trilogiya). (1992), “Sevəcəyəm” (şerlər, hekayələr). (2001), Əsərləri” (10 cilddə).( 2005), “Mənim yazıq ürəyim” (2007) və s.  

 Gundelik.az

Exit mobile version