Gundelik.az Elm və təhsil Ədəbiyyat 28 Avqust – Ağəddin Mansurzadə Ağəddin Mansurzadənin 85 illiyi, (1940- 2008)
Ədəbiyyat Tarixdə bu gün

28 Avqust – Ağəddin Mansurzadə Ağəddin Mansurzadənin 85 illiyi, (1940- 2008)

    Mansurzadə Ağəddin Mansur oğlu 1940-cı il avqustun 28-də Masallı rayonunun Qodman kəndində kolxozçu ailəsində anadan olmuşdur. ADU – nun jurnalistika fakultəsini bitirmişdir (1963-1968). Ədəbi yaradıcılığa 1964-cü ildən “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirdiyi “İslam və onun briqadası” adlı ilk oçerki ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri dünya xalqları dillərində nəşr olunmuşdur. Ağəddin Mansurzadə 2008-ci il aprelin 27-də dünyasını dəyişmişdir.

Əsərləri: “Mən hamının balasıyam” (1976), ”Təzə paltar” (1985), “Cənnətdə görüşənədək” (1998), “İnsan qaranquş deyil” (2000), “Mən Bəxtiyaram” (2000), “Ayağa qalxaq” (2001), “Ədəbi portretlər” (2002), “Ədəbi söhbətlər” (2004), “Ədəbi mülahizələr” (2006), “Karvan gedir” (2007), “Sənətkar xoşbəxtliyi” (2007) və s.

Gundelik.az

Exit mobile version