Gundelik.az Elm və təhsil Ədəbiyyat 25 Yanvar – Alman yazıçısı, bəstəkar, rəssam Ernest Teodor Amadey Hofmanın 250 illiyi, (1776-1822)
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

25 Yanvar – Alman yazıçısı, bəstəkar, rəssam Ernest Teodor Amadey Hofmanın 250 illiyi, (1776-1822)

Ernest Teodor Amadey Hofman daima ictimai mühitin diqqətini cəlb etmişdir. O, romantik operanın – “İndianın” yaradıcısıdır.

Ernest Teodor Amadey Hofman 24 yanvar 1776 – cı ildə Köniqsberq şəhərində anadan olmuşdur. Onun ata – anası yola getmədiklərinə görə ayrılmışlar. Hofman nənəsi ilə qalmışdır. O, ağır həyat keçirmiş, demək olar ki, aclıq içində yaşamışdır.Unversitetdə hüquq elmləri üzrə təhsil almışdır.
Ernest Teodor Amadey Hofman hələ gəncliyində musiqi, ədəbiyyat, rəssamlıqla məşğul olmuş, ilk günlərdən ictimai mühitin diqqətini cəlb etmişdir.1807-ci ildə o, bütün işlərini buraxıb Berlinə köçür, 1808-ci ildə o, iş tapır. O, Almaniyada Banberq teatrında bəstəkar, Drezden və Leypsiqdə opera truppasında musiqi üzrə direktor, rejissor işləmişdir. Ernest Teodor Amadey Hofman romantik operanın – “İndianın” yaradıcısıdır. Hofman 30-dan çox bədii əsər yaratmışdır. Onun ilk novellası 1809-cu ildə yazılmışdır. Ernest Teodor Amadey Hofman 1814-cü ildə “Qızıl bardaq”, 1876-cı ildə “İblis eliksiri” və s. romanlarını yazır.
Ernest Teodor Amadey Hofmanın 1814-cü ildə yazdığı “Qızıl bardaq” nağılının qəhrəmanı Anselim, çox sadə, heç nədə bəxti gətirməyən oğlandır. A.Hofman 1822-ci ilin 25 yanvarında Berlində vəfat etmişdir.
Əsərləri: “Qızıl bardaq” (1814), “İblis eliksiri” (1876), “Şelkunçik və siçanlar padşahı” və s.

Gundelik.az

Exit mobile version