İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Azərbaycanda günəş enerjisi istehsalı artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 258,5 milyon kVt-saat elektrik enerjisi istehsal edib.

Bu barədə Gundelik.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,8 milyon kVt-saat və ya 19,3% çoxdur.

Qeyd edək ki, Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar-iyun aylarında 1736,7 milyon manat dəyərində məhsul istehsal olunmuş və xidmətlər göstərilib.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 312,9 milyon manat təşkil edib.

Gundelik.az