Gundelik.az Mədəniyyət və cəmiyyət 22 Aprel – Ümumdünya Yer Kürəsi Günü, (1970)
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün

22 Aprel – Ümumdünya Yer Kürəsi Günü, (1970)

Təbiət bir ahəngdir, ritmlə döyünən həssas bir ürəkdir.

Ümumdünya Yer Kürəsi Gününün və ya “Ağac Günü”nün tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir. ABŞ-da senator Heylord Nelsanın təşəbbüsü ilə keçirilən bu bayramda məqsəd insanların diqqətini ətraf mühitin çirkləndirilməsi və canlı aləmin qorunub saxlanması problemlərinə cəlb etmək idi. Yer Kürəsi Günü ilk dəfə 1970-ci il aprelin 22-də qeyd olunub. 20 milyona yaxın amerikalı müxtəlif tədbirlərdə iştirak edərək höküməti ekoloji problemləri həll etməyə çağırıb. Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətlənib. Məhz XX əsrin 70-ci illərindən etibarən şirkətlər ətraf aləmin mühafizəsinə nə qədər vəsait ayırmaları barədə rəsmi məlumat verməyə başlayıblar.
Son illər Ümumdünya Yer Kürəsi Günü ilə bağlı müxtəlif layihələr və tədbirlər həyata keçirilir. 2003-cü ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı şəhərinin Qaradağ rayonu, Salyan və Neftçala rayonlarını əhatə edən Şirvan Milli Parkı, Ağcabədi və Beyləqan rayonlarını əhatə edən Ağ göl Milli Parkı yaradılmışdır.

Gundelik.az

Exit mobile version