İyul 8, 2026
Baku
Tarixdə bu gün

20 Oktyabr – Rəssam İzzət Seyidovanın 115 illiyi, (1910-1973)

Seyidova İzzət Əli qızı ilk azərbaycanlı qadın teatr rəssamlarından biri, əməkdar incəsənət xadimi (1943).      İzzət Seyidova 20 oktyabr 1910-cu ildə Xarkovda anadan olub. 1927-31 Azərbaycan

Dövlət Rəssamlıq Texnikumunda və Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda (1931-38) oxumuşdur. 1938ci ildən M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında Azərbaycan Dövlət Opera və Balet Teatrında fəaliyyət göstərmiş, “Sevilya bərbəri” (1938, C.Rossini), “Qaratoxmaq qadın” (1941, P.Çaykovski), “Vətən” (1941, Q.Qarayev və C.Hacıyev), “Maskarad” (1945, B.Zeydman), “Sevil” (1953, F.Əmirov), “Leyli və Məcnun” (1958, Ü.Hacıbəyli) və s. opera və balet tamaşalarına tərtibat vermişdir. İzzət Seyidova 30 noyabr 1973-cü ildə Bakıda vəfat etmişdir. 

Gundelik.az