İyul 8, 2026
Baku
Tarixdə bu gün

2 Oktyabr Elektron Məktubun Yaranması Günü, (1971)

     Elektron poçt  – (Electronic Mail və ya E- Mail) hazırkı dövrdə insanlar  arasında ən çox yayılmış ünsiyyət növüdür. Bu ünvan bir neçə saniyə ərzində İnternet şəbəkəsinin yerləşdiyi istənilən yerə nəinki mətn, veb-səhifə, hətta məktub halında olan istənilən faylı göndərməyə imkan verir. ABŞ və Avropadan başlayaraq bu rabitənin adı “e-mailvə ya “email formasında yazılır. Elektron poçt – ünvan sahibinin asudə vaxtlarda açıb və oxuduğu rəqəmli poçt qutusuna

göndərilən elektron poçt, mətn göndərişləri. İlk elektron poçt da bir çox texnoloji yeniliklərin başlanğıcı kimi əsgəri işlərdən ötəri çıxmışdır. 1961cı illərin sonlarında hərbi sistem üçün sistemlər inkişaf etdirməyə çalışan  Rels Tomlinson  ilk olaraq  1971-ci il  oktyabr ayında iki kompüter arasında fayl mübadiləsini həyata keçirmişdir. Tomlinson “The Times” qəzetinə müsahibəsində deyirdi: “İlk e-mailimdə nə yazdığımı mən də xatırlamıram. Yalnız aralarında bir metr məsafə olan iki kompüter arasında həyata keçirilən fayl transferi idi. Mesajlaşma üçün kiçik bir addım, insanoğlu üçün isə böyük bir sıçrama idi”. E-mail 1990 cı illərə qədər çox inkişaf etdi. İnternetin 90-cı illərdə yayılmasıyla birlikdə e-mail çox əhəmiyyətli bir vasitəyə çevrildi. Belə ki, Amerikanın Kaliforniya Universiteti, Berkeleyin 2001ci ildə açıqladığı statistik rəqəmlər bizə emailin nüfuzunu göstərdi. Araşdırmaya görə 2001ci ildə gündə ortalama 31 milyard email göndərilirdi. 2008ci ildə isə bu rəqəm 170 milyarda qədər çatdı. 2001ci ildə isə bu rəqəmlər biraz daha artaraq 294 milyarda çatdı. Elektron ünvanla işləyərkən SMTP   və POO3 protokolllarından  stifadə edilir. SMTP protokolu məktubun göndərilməsinə,  POO3 protokolu isə məktubun çatdırılmasına cavabdehdir.

Göndəriləcək poçt “elektron poçt qutusuna” yazılır. Bu poçt serverin daimi yaddaşında yerləşən kataloqdur və ona yalnız həmin poçt qutusunun abonenti daxil ola bilər. Abonenent serverə müraciət edərkən poçtu oradan çıxarır, poçt qutusundan çıxarılan məktub serverdə saxlanılmır. Elektron məktubların ünvan DNS sistemlərində qəbul olunmuş ünvanlardan fərqlənir. Abonent @ ünvan – @  (“ət” və ya “doq”) işarəsi kompüterə  məktubun göndərildiyi server  ünvanı ilə abonentin adını ayırmağa kömək edir. Abonentin adını istifadəçi özü seçir. Sonra o poçt ünvanının qeydiyyatını keçirir və proqram təminatını nizamlayır. Müasir dövrdə ən geniş yayılmış poçt hostinq serverləri kimi Gmail.com,  Yahoo!,  Hotmail tanınır. MDB məkanında isə Yandex, Mail.ru,Rambler kimi poçt servisləri məşhurdur.

Gundelik.az