Gundelik.az Tarixdə bu gün 18 Sentyabr – Məmmədov Seymur Qəhrəman oğlunun 55 illiyi, (1971-1992)
Tarixdə bu gün Xəbərlər

18 Sentyabr – Məmmədov Seymur Qəhrəman oğlunun 55 illiyi, (1971-1992)

Azərbaycan Respublikası prezidentinin 11 avqust 1992-ci il tarixli 131 saylı fərmanı ilə Məmmədov Seymur Qəhrəman oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Məmmədov Seymur Qəhrəman oğlu 18 sentyabr 1971-ci ildə Füzuli şəhərində dünyaya göz açmışdır. 1978-1988-ci illərdə burada 2 saylı məktəbdə təhsil almışdır. 1988-ci ildə Azərbaycan Politexnik İnstituna daxil olmuşdur. 1991-ci ildə hərbi xidmətə çağırılır.
Hərbi xidmətini Almaniya və Ukraynada keçirir. Seymur Məmmədov ordudan tərxis edilən kimi könüllü olaraq özünümüdafiə batalyonuna yazılır. Seymur bir neçə kəndin azad edilməsində, əsirlərin geri alınmasında əsl qəhrəmanlıq göstərmişdir. 1992-ci il 1 aprel Seymurun son döyüşü oldu. Məlikcanlı kəndi uğrunda gedən döyüşlərdə hər birində 10 erməni döyüşçsüsü olan 15 dayaq nöqtəsi məhv edildi. Həmin döyüşdə snayperlə vurulan Seymur 20 yaşında qəhrəmancasına şəhid oldu. Subay idi. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Oxuduğu məktəb onun adını daşıyır.
Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,
Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı.
Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı,
Nəsillərə yadigardı, zaman yazdı bu dastanı.
Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız,
Azadlığı, səadəti qorumaqdı qərarımız.
Nəriman Həsənzadə

Gundelik.az

Exit mobile version