“Yüksək mədəniyyətə malik olan xalq, irəli gedəcək, həmişə yaşayacaq, həmişə inkişaf edəcəkdir..”.
Ulu öndər Heydər Əliyev
Rauf İsrafil oğlu Atakişiyev – müğənni, lirik tenor, pianoçu, pedaqoq, Azərbaycan SSR xalq artisti (1967) Moskva Dövlət Konservatoriyasını Konstantin Nikolayeviç İqumnovun (1873-1948) sinfi üzrə bitirmiş və vokal üzrə Antonina Vasilyevna Nejdanovadan (1873-1950) dərs almışdır. Opera və Balet Teatrının solisti olmuşdur.
Yaradıcılığı
Azərbaycan Opera və Balet Teatrının səhnəsində Ü.Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasında Əsgərin partiyasını ifa etmişdir. 1965-ci ildə çəkilmiş “Arşın mal alan” filmində də Əsgərin mahnıları Atakişiyevin ifasında səslənmişdir. Lenski (“Yevgeni Onegin”, P.Çaykovski), Alfred (“Traviata”, C.Verdi), Qraf Almaviva (“Sevilya bərbəri”, C.Rossini), Faust (“Faust”, Ş.Quno), Balaş (“Sevil”, F.Əmirov) , Knyaz Sinoda (“Demon”, Anton Rubinşteyn), Hofman (“Hofmanın nağılları”, Jak Offenbax), Malxaz (“Daisi”, Zaxari Paliaşvili), Edmond (“Kornevil zəngləri”, Rober Plaket), Anatoli (“İnsanın taleyi”) partiyalarını oxuyub.
Lirik-dramatik tenor səsi olub və həm də pianoçudur. Rəşid Behbudovun ifasında daha çox məşhur olan “Я встретил девушку” mahnısının ilk ifaçısıdır. Mahnı ilk dəfə 1957-ci ildə Tacikistan SSR-in “Stalinabad” kinostudiyasında çəkilmiş eyniadlı filmdə ifa olunmuşdur. Filmoqrafiya: Konsert (film, 1961), Arşın mal alan (film, 1965), İmtahan (film, 1987)
Gundelik.az
