Gundelik.az Mədəniyyət və cəmiyyət 15 İyul – Holland rəssamı Rembrandtın 420 illiyi, (1606-1669)
Mədəniyyət və cəmiyyət Tarixdə bu gün Xəbərlər

15 İyul – Holland rəssamı Rembrandtın 420 illiyi, (1606-1669)

Holland rəssamı və qrafiki, dünya incəsənətinin ən görkəmli nümayəndələrindən biri Rembrandtın adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Rembrandt Harmens van Reyn dəyirmançı ailəsində doğulmuşdur. Bir müddət Leyden Universitetində oxumuş (1620), sonralar Leydendə Yakob van
Svanenburxdan və Amsterdamda Piter Lastmandan rəssamlıq dərsləri almışdır. 1625-31- ci illərdə Leydendə işləmiş, 1632-ci ildə Amsterdama köçmüşdür. 1630-1640-cı illərin əvvəlləri Rembrandt yaradıcılığının uğurlu dövrü və şəxsi həyatının xoşbəxt çağları olmuşdur. Bu illərdə portretlər ustası kimi şöhrət qazanan Rembrandt külli miqdarda sifariş almış, yanına çoxlu şagird gəlmişdir. Rembrandt (1606-1669) – Dünya rəngkarlığının zirvələrindəndir. Rembrandt bir-birinin ardınca iri həcmli dini kompozisiyalar işləmişdir. Məs. “İbrahimin qurban kəsilməsi” (1635). O, tez-tez Saskiyanı və oğlunu təsvir edir. Dünyaya 650 əsər bağışlayan rəssam həyatdan yoxsulluq içərisində gedir. Rembrandtın yaradıcılığı daha çox psixologizmi ilə fərqlənirdi. O, işıq- kölgə effektlərinə üstünlük verən rəssam idi. O, 60-a yaxın avtoportret, 300 ofort və 1000- dən artıq rəsmlər yaratmışdır. Onun dini və mifoloji mövzudakı əsərlərinə “Müqəddəs ailə”, “Danaya”nı göstərmək olar. Həyatının sonlarında rəssamın yaradıcılığında qəm, küdurət, melanxoliya üstünlük təşkil edir. Bu əhvali-ruhiyyə rəssamın “Yan Siks” rəsmində daha çox hiss olunur. Rembrandt yaratdığı portretlərdə (“Doktor Tülpün anatomiya dərsi” (1632), “Saskiyanın portreti” (1634), “Saskiya ilə avtoportret” (1635) və s.) obrazların səciyyəvi cizgilərini məharətlə verə bilmişdir. Onun məşhur əsərləri:

“Danaya”, “Gecə qarovulçusu”, “Müqəddəs ailə” (1645), “Xəstələri dirildən İsa” (1649), “Xendrikke pəncərə önündə”, “Avtoportret” (1652), “Səfil oğulun qayıtması” (1668- 1669) və s.-dir. Sonuncu əsər rəssamın yaradıcılığının sonu, “Titusun portreti” (1656) isə gənc yaşında ölmüş oğlunun şəkli olub, dünya incəsənətində ən gözəl gənc oğlan portretidir.

Gundelik.az

Exit mobile version