“Məndən soruşsalar ki, Elmi bədii ədəbiiyat əsəri necə olur? Mən deyərdim ki, Ələviyyə Babayevanın əsərlərini oxuyun.”
Əkrəm Cəfər
Babayeva Ələviyyə Hənifə qızı — nasir, tərcüməçi, ssenari müəllifi; 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979).
Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun fılologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə “Ədəbiyyat qəzeti”ndə dərc olunmuş “İki həyat” adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A.Qaydarın “Uzaq ölkələr” (1950), V.Biankinin “İz ilə” (1947), “Ayı balası” (1959), “Qırmızı təpə” (1963), K.Paustovskinin “Oğru pişik” (1951), V.Q.Korolenkonun “Satın alınmış uşaqlar” (1962), Y.Sotnikin “Əcaib quş” (1964), V.Astafyevin “Ulduz xəzanı” (1970), Y.Çaruşinin “Nikitanın oyuncaqları” (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. “Azərbaycan qadını” jurnalında məsul katib (1951-1973), “Gənclik” nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-
1976), sonra baş redaktor (1976-1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur. 23 sentyabr 2014-cü ildə vəfat etmişdir.
Əsərləri: “Mənim müəlliməm” (1950), “Hekayələr” (1951), “Tək ağac” (1957), “Kənd yolları” (1958), “Payızda” (1960), “Mən tək deyiləm” (1962), “Kənd yollarında səyahət” (1962), “Yenə bahardı” (1963), “Kölgə” (1964), “Tut ağacı” (1967), “Süsən sünbül” (1968), “Hörüklər” (1968), “Povestlər” (1969), ”Adamlar və talelər” (1973), “Böyürtkən mürəbbəsi” (1971), “Sehirli pillələr” (1974), “Hardasan dost, harda” (1977), “Səni axtarıram” (1985), “Küləyin tərkində” (1983), “Yanar su” (1986), “Anadil ağlayırdı” (1987), “Açar” (1991), “Seçilmiş əsərləri” (iki cilddə), “Darıxıram a dağlar” (povestlər), “Əlvida” (roman) (1994), “Bəlkə sabah olmadı” (roman) (1996), “Rəngbərəng yuxular” (publisist povest) (2000), “Son döngə” (roman) (2000), “Dəli Sona” (roman) (1998), “Cırtdan şəhərdən qaçıb” (povest və hekayələr) (2001) və s.Filmoqrafiya: Dınqıl, sazım, dınqıl (film, 1976), Sehrlənmiş küpə (film, 1979)
Gundelik.az

