Gundelik.az Dünya Zelenski: Trampın Ukrayna nümayəndə heyəti ilə görüşü yanvar ayında baş tutacaq
Dünya Siyasət Xəbərlər

Zelenski: Trampın Ukrayna nümayəndə heyəti ilə görüşü yanvar ayında baş tutacaq

Prezident Donald Trampın Ukrayna nümayəndə heyəti və Avropa liderləri ilə görüşü yanvar ayına planlaşdırılıb.

Gundelik.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski mətbuat konfransında bildirib.

“Biz qruplarımızın müzakirə olunan bütün məsələləri yekunlaşdırmaq üçün yaxın həftələrdə görüşəcəyi barədə razılığa gəldik. Prezident Trampla razılığa gəldik ki, o, yanvar ayında Vaşinqtonda Avropa liderlərini və Ukrayna nümayəndə heyətini qəbul edə bilər”, – deyə Zelenski qeyd edib.

Əlavə edək ki, dekabrın 28-də ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskini Florida ştatındakı iqamətgahında qəbul edib. Üç saatdan çox davam edən danışıqlardan sonra tərəflər Ukraynadakı müharibəyə son qoymaq prosesinin mürəkkəb olduğunu və yaxın gələcəkdə yeni bir görüşün zəruri olacağını bildirdilər.

Exit mobile version