Yeni Zelandiyada güclü yağışdan sonra baş verən daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Gundelik.az xəbər verir ki, bu barədə “New Zealand Herald” qəzeti yazıb.
Qeyd olunub ki, Kraystçörç və Selvin bölgəsində fövqəladə vəziyyət elan edilib.
Bundan əlavə, Vellinqtonda əsən güclü külək səbəbindən hava limanında bütün uçuşlar yerli vaxtla ən azı axşam saat 18:00-a qədər təxirə salınıb.
Yüzlərlə paytaxt sakininin işıqları kəsilib.
Gundelik.az

