“Yandex” şirkəti 2027-ci ilin sonuna qədər 20 min yeni nəsil avtonom çatdırılma robotu istehsal etməyi planlaşdırır.
Gundelik.az şirkətə istinadən xəbər verir ki, bu addım şirkətə və onun tərəfdaşlarına kuryer çatışmazlığını aradan qaldırmağa imkan verəcək. Proqnozlara görə, iki il ərzində hər onuncu kuryer robot olacaq.
Şirkətin məlumatına görə, yeni nəsil robotlar əvvəlkilərlə müqayisədə həm istehsal baxımından daha asan, həm də xərcləri daha azdır. Bununla yanaşı, funksional imkanlarına görə onlar əvvəlki modellərdən üstün hesab olunur.
Yeni robotların 2025-ci ilin noyabr ayından etibarən fəaliyyətə başlaması planlaşdırılır. Gələn iki il ərzində bu robotlar Sankt-Peterburq, Kazan və Rusiyanın digər şəhərlərinin küçələrində istifadə ediləcək, həmçinin Moskvada da onların sayı artırılacaq.
Gundelik.az

