Xocavənd şəhəri və Xocavənd kəndi ərazisində yaşayış evlərinin layihələndirilməsinə başlanılır.
Gundelik.az-ın məlumatına görə, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla bağlı müvafiq işlərə yekun vurub.
Belə ki, dövlət xidməti sözügedən işlərin icrasını “Era Design Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 1 960 263 manat ödənilib.
Gundelik.az

