Xızı şəhərində avtomobil yollarının əsaslı təmiri işlərinə başlanılır.
Gundelik.az-ın məlumatına görə, Xızı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi bununla bağlı müvafiq işlərə yekun vurub
“Azsur Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, MMC-yə 409 460 manat ödənilib.
Rayon yollarında təmir işlərini aparacaq “Azsur Group” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi İmanlı Rəşad Yasəf oğludur.
Gundelik.az

