Microsoft yeni süni intellekt modellərini təqdim etdi – AI rəqabəti artır

Microsoft yeni süni intellekt modellərini təqdim etdi – AI rəqabəti artır

“Microsoft” şirkəti süni intellekt bazarında mövqeyini gücləndirmək məqsədilə yeni nəsil modellərini təqdim edib.

Gundelik.az xəbər verir ki, “Reuters”in məlumatına görə, şirkət San-Fransiskoda keçirilən “Ignite” konfransında proqramlaşdırma və kibertəhlükəsizlik istiqamətləri üzrə yeni süni intellekt həllərini ictimaiyyətə təqdim edib.

Yeni məhsullar arasında MAI Code 2 adlı proqramlaşdırma modeli xüsusi diqqət çəkib. Şirkət bu modelin daha aşağı xərclə rəqiblərin məhsullarına yaxın nəticələr göstərə bildiyini bildirir.

Bundan başqa, kibertəhlükəsizlik sahəsində istifadə üçün nəzərdə tutulan yeni modelin də təqdimatı olub. İlkin mərhələdə bu texnologiya məhdud sayda müştəri üçün əlçatan olacaq.

Microsoft, həmçinin görüntü yaratmaq və nitqi mətnə çevirmək üçün yeni süni intellekt modellərini istifadəyə təqdim edib.

Ekspertlərin fikrincə, texnologiya şirkətləri arasında süni intellekt sahəsində artan rəqabət yaxın illərdə proqram təminatı, kibertəhlükəsizlik və rəqəmsal xidmətlərin inkişafına ciddi təsir göstərə bilər.

Nuri
Gundeli.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.