Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Abşeron rayonu, Fatmayı kəndində evdə partlayış baş verib.
Bu barədə Gundelik.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in qüvvələri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı fərdi yaşayış evinə bitişik ümumi sahəsi 10 kv.m. olan köməkçi tikilidə yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən edilib.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Partlayış nəticəsində köməkçi tikilinin dəhlizinin tavanı 4 kv.m sahədə dağılıb, 2 nəfər xəsarət alıb. Hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.