Arda Güler və Alex de Souza-dan Emre Belözoğluna dəstək: “Uğurlar, Emre!”

Arda Güler və Alex de Souza-dan Emre Belözoğluna dəstək: “Uğurlar, Emre!”

Fənərbaxçada Emre Belözoğlu'nun yenidən baş məşqçi vəzifəsinə təyin olunması klubda yeni bir mərhələnin başlanğıcı kimi diqqət çəkib.

Gundelik.az xəbər verir ki, Belözoğlunun ilk məşqçilik dövründə əsas komandaya yüksəlməsində rol oynadığı Arda Güler və klubun əfsanəvi futbolçularından Alex de Souza yeni baş məşqçiyə dəstək mesajları ünvanlayıblar.

Emre Belözoğlunun Fənərbaxçanın baş məşqçisi vəzifəsinə gətirilməsi futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub. İstanbul təmsilçisinin iki önəmli siması – Arda Güler və Alex de Souza onun yeni vəzifəsi münasibətilə təbriklərini çatdırıblar.

Arda Güler keçmiş məşqçisinə uğurlar arzuladı

Hazırda İspaniyanın “Real Madrid” klubunda çıxış edən Türkiyə millisinin futbolçusu Arda Güler Emre Belözoğlu'nun Fənərbaxçadakı yeni vəzifəsi ilə bağlı paylaşımına şərh yazıb.

Gənc ulduz keçmiş məşqçisinə “Yolunuz açıq olsun, hocam” sözləri ilə uğurlar arzulayıb.

Qeyd edək ki, Emre Belözoğlu Fənərbaxçadakı ilk məşqçilik dönəmində Arda Güler'in əsas komandaya yüksəlməsində mühüm rol oynayan şəxslərdən biri olub.

Alex de Souza da Emre Belözoğlu'nu unutmadı

Fənərbaxçanın əfsanəvi kapitanı Alex de Souza da klubun Emre Belözoğlu'nun baş məşqçi təyin olunması ilə bağlı paylaşımına biganə qalmayıb.

Braziliyalı futbol adamı həmin paylaşımın altına “Uğurlar, Emre!!!” şərhini yazıb.

Alexin bu mesajı qısa müddətdə sarı-göy rənglərə könül verən azarkeşlərin böyük marağına səbəb olub və minlərlə bəyənmə toplayıb.

Beləliklə, Emre Belözoğlu Fənərbaxçanın tarixində iz qoymuş iki önəmli futbolçudan – Arda Güler və Alex de Souza'dan dəstək alıb.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.