Dünya şöhrətli yazıçı Marqaret Etvudun doğum günüdür – ədəbi irsi yenidən diqqət mərkəzində
Bu gün dünya ədəbiyyatının tanınmış nümayəndələrindən biri, kanadalı yazıçı və şair Marqaret Etvudun doğum günüdür.
Gundelik.az xəbər verir ki, 1939-cu il noyabrın 18-də Kanadanın Ottava şəhərində anadan olan yazıçı bu gün 87 yaşını qeyd edir.
Marqaret Etvud müasir dünya ədəbiyyatında özünəməxsus üslubu, ictimai problemlərə toxunan əsərləri və insan cəmiyyətinin gələcəyinə dair təsvirləri ilə tanınır.
Onun ən məşhur əsərlərindən biri olan “The Handmaid's Tale” (“Qulluqçunun hekayəti”) romanı qadın hüquqları, azadlıq, hakimiyyət və cəmiyyət münasibətlərini əks etdirir. Əsər əsasında çəkilən televiziya serialı da dünya miqyasında böyük maraq doğurub.
Yazıçının yaradıcılığında “Oryx and Crake”, “Alias Grace” və “The Blind Assassin” kimi əsərlər də xüsusi yer tutur.
Etvudun əsərləri müxtəlif dillərə tərcümə olunub və dünya oxucuları tərəfindən maraqla qarşılanıb. O, müasir ədəbiyyatda sosial məsələləri bədii dillə təqdim edən ən nüfuzlu müəlliflərdən biri hesab olunur.
Nuri
Gundelik.az