Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək
Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək.
Gundelik.az xəbər verir ki, sözügedən araneda I Liqanın "Xankəndi" - "Karvan-Yevlax" oyunu baş tutacaq.
VIII turun qarşılaşmasını baş hakim Kamranbəy Rəhimov idarə edəcək.
Yevlax təmsilçisi turnir cədvəlində 13 xalla dördüncü, ev sahibləri isə 6 xalla yeddinci sırada yer alıblar.
REKLAM
728 × 90
Məqalə daxili — 3-cü abzasdan sonra
Xatırladaq ki, Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra açılışı noyabrın 7-də baş tutub. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.
Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.