11 yaşlı məktəbli ilk cəhdində 97 kiloqramlıq skat balığı tutdu

11 yaşlı məktəbli ilk cəhdində 97 kiloqramlıq skat balığı tutdu

Şotlandiyada 11 yaşlı Evan Qrant yeni aldığı tilovla ilk cəhdində nəhəng skat balığı tutub.

Gundelik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Məlumata görə, oğlan atası Stiv Qrant və balıqçılıq bələdçisi Maykl Hanna ilə birlikdə Oban şəhəri yaxınlığında balıq tutmağa gedib. O, yem kimi kalmardan istifadə edib. Təxminən 40 dəqiqə sonra tilova balıq düşüb.

Balığı sudan çıxarmaq üçün Evana bir saatdan çox vaxt lazım olub. Mübarizə zamanı balıq tilovun 137 metr uzunluğunda olan sapını açıb. Nəticədə məktəbli ilk cəhdində 97 kiloqram ağırlığında skat balığı tutduğunu görüb. Balığın uzunluğu 193 santimetr, eni isə 163 santimetr olub.

Gənc balıqçı nəhəng balıqla şəkil çəkdirdikdən sonra onu yenidən suya buraxıb. Stiv Qrant oğlunun bu ovdan böyük sevinc hissi keçirdiyini bildirib. Onun sözlərinə görə, balıqla uzun müddət mübarizə aparan Evanın əlləri ağrısa da, bu təcrübə onun üçün unudulmaz olub.

Evanın ovunun uşaqlar tərəfindən tutulan ən iri balıqlardan biri olduğu ehtimal edilir. Lakin Böyük Britaniyada azyaşlı balıqçılar üçün rəsmi ümummilli rekord qeydə alınmır.

Xatırladaq ki, daha əvvəl Çinin Şandun əyalətində balıqçı gəmisi limana insan boyundan böyük skumbriya ilə qayıtmışdı. Həmin balığın uzunluğu 2,46 metr, çəkisi isə 134 kiloqram olub.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.