“Agility AS Limited Company”nin Azərbaycandakı filialı ləğv edilir.
Gundelik.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.
Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini AZ1025 Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, ev 25E ünvanına bildirə bilərlər.
Filial mərkəzi Küveytdə yerləşən “Agility” (rəsmi adı: Agility Public Warehousing Company K.S.C.P.) şirkətinə məxsusdur. 1979-cu ildə yaranan “Agility” hazırda Kətibtəpə (Safat), Küveyt şəhərində fəaliyyət göstərən, 100-dən çox ölkədə logistika və təchizat zənciri xidmətləri təqdim edən qlobal bir şirkətdir.
Gundelik.az

