Gundelik.az Ölkə Xankəndidə abadlıq işləri aparılacaq
Ölkə Xəbərlər

Xankəndidə abadlıq işləri aparılacaq

Xankəndi şəhərində 36 çoxmənzilli yaşayış binalarının cari təmirinin layihələndirmə işlərinə başlanılır.

Gundelik.az bu barədə Dövlət satınalmalarının vahid internet portalına istinadla xəbər verir.

Məlumata əsasən, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bununla əlaqədar müvafiq hazırlıqları yekunlaşdırıb.

Bundan əlavə binaların həyətyanı sahələrinin abadlaşdırılması üzrə də layihələndirə işləri aparılacaq.

Belə ki, qurum layihələndirmə işlərini “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutuna həvalə edib və onunla müqavilə bağlayıb.

Layihələndirmə işlərinin icrasına 499 min manat vəsait sərf olunacaq.

Exit mobile version