Gundelik.az Ölkə Xətainin bir hissəsində işıq olmayacaq
Ölkə Xəbərlər

Xətainin bir hissəsində işıq olmayacaq

Bu gün Bakının Xətai rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Gundelik.az-a Azərişıq ASC-dən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində aparılan yenidənqurma işləri ilə əlaqədar mayın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək İlqar Zülfüqarov küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Gundelik.az

Exit mobile version