Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) demensiya riskinin əhəmiyyətli hissəsinin dəyişdirilə bilən həyat tərzi amilləri ilə bağlı olduğunu açıqlayıb. Sağlam qidalanma, aktiv həyat tərzi, keyfiyyətli yuxu və sosial əlaqələrin qorunması koqnitiv zəifləməyə qarşı əsas amillər arasında göstərilir. ÜST-nin məlumatına görə, siqaret çəkmək və həddindən artıq alkoqol qəbulu isə demensiya riskini artırır.
Dünyada milyonlarla insana təsir edən demensiyaya qarşı gündəlik həyat tərzinin və vərdişlərin əhəmiyyəti düşünüldüyündən daha böyükdür.
Ümumdünya Səhiyyə Təşkilatı demensiya ilə əlaqəli risk faktorlarının əhəmiyyətli hissəsinin dəyişdirilə bilən amillərdən ibarət olduğuna diqqət çəkib.
Mütəxəssislər qidalanmadan fiziki fəaliyyətə, yuxudan sosial həyata qədər bir çox vərdişin beyin sağlamlığının qorunmasında mühüm rol oynaya biləcəyini bildirirlər.
ÜST sağlam həyat tərzi vərdişlərinin demensiya riskini əhəmiyyətli dərəcədə azaltmağa kömək edə biləcəyini açıqlayıb.
ÜST-nin 2019-cu ildə dərc etdiyi və daha sonra yenilədiyi təlimata əsasən, demensiya riskinin 45 faizi insanların dəyişdirə biləcəyi həyat tərzi və sağlamlıq faktorları ilə əlaqəlidir.
Sağlam qidalanma, müntəzəm fiziki fəaliyyət, kifayət qədər yuxu, stressin idarə olunması və piylənmənin qarşısının alınması ilə yanaşı, aktiv sosial həyatın qorunması da riskin azaldılmasında mühüm rol oynayır. Siqaret və alkoqol istifadəsinin isə demensiya riskini artırdığı bildirilir.
ÜST yaşla əlaqədar yaranan görmə və eşitmə problemlərinin vaxtında müalicə edilməsinin də koqnitiv zəifləməyə qarşı qoruyucu təsir göstərə biləcəyini vurğulayıb.
Hazırda dünyada təxminən 57 milyon demensiya xəstəsi var. Bu sayın qarşıdakı illərdə daha da artacağı gözlənilir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

