Türkiyə tarixdə ilk dəfə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının ən ali qərarverici orqanı olan COP-a başçılıq etməyə hazırlaşır. Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum isə Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə COP31-in sədri təyin edilib.
Nazir Kurum sosial media hesabında açıqlamasında bildirib ki, COP31-in sədri təyin olunması onun üçün böyük şərəfdir. O vurğulayıb ki, Türkiyənin COP31-ə ev sahibliyi etməsi ölkəni qlobal iqlim siyasətində qərarverici mövqeyə çıxarıb.
Kurum bildirib: “Ölkəmiz siyasətçiləri, dövlət qurumları, ictimai təşkilatları və bütün vətəndaşları ilə birlikdə bu tarixi fürsəti həm ehtiyacı olan bölgələr, həm də bütün dünya üçün istifadə edəcək”. Nazir Murat Kurum COP31-in sədri olmasının Türkiyə, xalq və dünya üçün xeyirli olmasını arzulayıb.
Mənbə: TRT Haber
Tərcümə etdi: Gülçin Abdyllayeva
Gundelik.az

