Gundelik.az Elm və təhsil UNEC-DƏ KEÇİRİLƏN BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANSDA AKTUAL MÖVZULAR MÜZAKİRƏ OLUNDU
Elm və təhsil

UNEC-DƏ KEÇİRİLƏN BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANSDA AKTUAL MÖVZULAR MÜZAKİRƏ OLUNDU

İqtisadi inkişafın indiki mərhələsində ölkələrin milli iqtisadiyyatları qarşıdakı mərhələlər və dövrlər üzrə daha mütərəqqi layihələrin uğurla reallaşa biləcəyi, daha  səmərəli iqtisadi idarəetmənin təşəkkül tapacağı və perspektivli iqtisadi siyasət məqsədli tədbirlər üçün uğurlu olacaq hədəflər müəyyən etmiş olur. Həmin hədəflər, yeni ideyaların və yeni təşəbbüslərin hərəkətverici qüvvəsi olaraq daha mütərəqqi nəticələr nəzərdə tutmaqdadır. Sahibkarlıq fəaliyyətinin, onun məqsədlərinin və günümüzün reallıqları ilə ayaqlaşan tələblərinin diqqətdə saxlanılmış olması, regional və milli iqtisadiyyat üçün bu meyarlardan səmərəli istifadə olunması eyni zamanda, elmi araşdırma və tədqiqatların ana mövzusunu təşkil etməkdədir. Bu məqsədlə, elm və tədris proseslərinin nizama salınmasında, onun məqsədyönlü olmaqla, tənzimlənməsində sahibkarlıq fəaliyyətinin bu və ya digər sahələrinin nəzərə alınmış olması daha zəruri olmaqdadır. Məhz 11-12 aprel 2025-ci il tarixlərində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və   Rusiyanın Tümen Dövlət Universitetinin birgə təşkilatçılığı ilə UNEC-in 95 illik yubileyinə həsr olunmuş “Sahibkarliq təhsili: iqtisadi artımın yeni imkanları” mövzusunda I Beynəlxalq elmi-praktiki konfransı malik olduğu yüksək iqtisadi, elmi və pedaqoji əhəmiyyətinə görə seçildi.
Konfransda beynəlxalq iqtisadi münasibətlər sistemində etibarlı sahibkarlıq təşəbbüslərinin yerinin və önəminin nəzərə alınmış olması, bu sfera üzrə kifayət qədər  təcrübəsi olan çox müxtəlif ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə daha da təkmil oldu. Bu ölkələrdən, Rusiya, Qazaxıstan, Tacikistan və başqa ölkələrin nüfuzlu universitetlərinin rektorları, millət vəkilləri, həmçinin ölkədə sahibkarlıq istiqamətində fəaliyyət göstərən strukturların təmsilçiləri də iştirak edirdilər. Sahibkarlıq fəaliyyətinin elmi və nəzəri əsaslarının öyrənilməsində, xüsusilə də, onun təcrübə ilə əlaqələndirilməsinin ortaya qoyulmasında, daha doğrusu, müasir dövrdə, gənc sahibkar mütəxəssislərin hazırlanması proseslərində universitetlərin rolu gündəlik olaraq artmaqdadır. Belə bir şəraitdə, sahibkarla bağlı olan proseslərin elm və tədris sahələrindəki perspektivlərinin uğurla müşayiət olunması ölkələrin milli iqtisadiyyatları üçün də olduqca aktualdır. İstər UNEC-in təcrübəli alimlərinin, istərsə də, Tümen Dövlət Universitetinin təmsilçisi olan alimlərin fikirlərində sahibkarlıq təşəbbüslərinin daha səmərəli olacağından ətraflı olmaqla bəhs etdilər. Qeyd etmək olar ki, Tümen Dövlət Universitetinin Beynəlxalq Sahibkarlıq Məktəbinin direktoru professor Eduard Omarovun moderatorluğu ilə keçirilən plenar iclasdas sahibkarlıq təhsilinin ölkələrin milli iqtisadiyyatları və xüsusilə də, iqtisadi inkişafına müsbət təsirləri, bəhs olunan istiqamətin təkmil bir ehtiyat olaraq istifadə olunma perspektivləri müzakirə olundu. Sahibkar təhsilinin milli iqtisadiyyatlar üçün son dərəcə aktuallığından bəhs olunmaqla, sahibkar fəaliyyətinin, sahibkar təşəbbüslərinin və sahibkar dilinin bu sferada əhəmiyyətindən söz açıldı. Milli iqtisadiyyatla yanaşı, eyni zamanda, regional iqtisadi inkişafla da sahibkarlıq təşəbbüslərinin və təhsilinin əhəmiyyətindən bəhs olundu. Beynəlxalq Konfrans günlərində Tümen Dövlət Universitetinin rektoru, dosent İvan Romançuk, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədr müavini Emil Hüseynli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Ali və orta ixtisas təhsili müəssisələri ilə iş şöbəsinin müdiri Samir Həmidov, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyinin Dövlət Gənclər siyasəti və tərbiyə fəaliyyəti departamentinin direktor müavini Aleksandr Vedexin, Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, Macarıstanın Dunaujvaros Universitetinin Sosial Elmlər İnstitutunun direktoru, İqtisadiyyat və İdarəetmə kafedrasının müdiri professor Andrea Keszi-Szeremlei, Qazaxıstanın Kunayev Universitetinin strateji inkişaf, beynəlxalq əlaqələr və kommersiyalaşdırma üzrə prorektoru dosent Elvira Omurçiyeva, UNEC-in Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov mövzu ilə bağlı çıxış ediblər. Çıxış edənlər sahibkarlıq peşəsi, sahibkarlıq ekosistemi, sahibkarlıq təhsilinin iqtisadi inkişafa təsiri, sahibkarların rəqabətqabiliyyətli inkişafı barədə fikirlərini bölüşüblər, təkliflər səsləndiriblər. UNEC-in Rus İqtisad Məktəbinin təşkilatçılığı ilə keçirilən konfrans öz işini panel müzakirələrlə davam etdirib. Müzakirələr çərçivəsində “Sahibkar peşəsi, onun legitimləşdirilməsi və inkişaf perspektivləri”, “Ali təhsil sistemində sahibkarlıq ekosistemi” və “Sahibkarlıq təhsili və sahibkarlıq haqqında elm” mövzuları ətrafında fikir mübadiləsi aparılıb. Beynəlxalq konfrans davam etdiyi iki gün ərzində bölmə iclasları ilə daha aktual mövzuların gündəmə gətirilməsi ilə da yadda qaldı. Bölmələrdə müzakirələrə cəlb olunan mövzular, ölkəmizin yeni iqtisadi reallıqları müstəvisində daha təkmil islahatlar üçün sahibarlıq fəaliyyətinin olduqca əhəmiyyətindən, iqtisadiyyatın sahə strukturunda bu fəaliyyətin səmərəliliyindən və uzunmüddətli iqtisadi prioritetlərin daha da əlçatan olması proseslərində onun təsirindən ibarət oldu. Xüsusilə, bu sahədə, universitetlərin artan əhəmiyyətindən söz açıldı.

Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru

Gundelik.az

Exit mobile version