Gundelik.az Dünya Ukrayna: Sərhəddəki kəndlərin sakinləri Rusiyaya aparılıb
Dünya Xəbərlər

Ukrayna: Sərhəddəki kəndlərin sakinləri Rusiyaya aparılıb

Ukrayna rəsmilərinin məlumatına görə, Hrabovske kəndindən 52 sakin sərhədi keçən rus qüvvələri tərəfindən Rusiyaya aparılıb. Eyni zamanda, Şimali-Şərqi Sumı bölgəsindəki sərhəd kəndində 13 ukraynalı hərbçi də əsir götürülüb.
Ukrayna hərbi Birləşmiş Qüvvələr Qrupunun sözçüsü Viktor Trehubov bildirib ki, hücum şənbə gecəsi baş verib və təxminən 100 rus əsgəri kəndə basqın edib.
Trehubov deyib ki, dinc sakinlər əvvəlcə kilsədə toplanıb, sonra isə sərhədi keçərək Rusiyaya aparılıblar. O əlavə edib ki, işğalçı qüvvələrin dinc sakinləri işğal olunmuş ərazilərdə möhkəm mövqe tutmadan əvvəl Rusiyaya aparması qeyri-adi haldır.
Rusiya hələ Hrabovskedən olan sakinlərin taleyi barədə rəsmi açıqlama verməyib, lakin Ukrayna xəbərləri onların Rusiyanın daxilində, təxminən 80 km məsafədə yerləşən böyük regional mərkəz Belqoroda aparılmış ola biləcəyini göstərir.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
Exit mobile version