Oktyabrda Türkiyədə işsizlik nisbəti əvvəlki ayla müqayisədə 0,1 bal azalaraq 8,5%-ə çatıb.
Gundelik.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) oktyabr ayı üzrə işçi qüvvəsi statistikasını açıqlayıb.
Qeyd edilib ki, Türkiyədə 15 yaşdan yuxarı olan işsizlərin sayı oktyabr ayında 27 min nəfər azalaraq 3 milyon 33 min nəfərə çatıb. İşsizliyin səviyyəsi kişilər üçün 7 faiz, qadınlar üçün isə 11,3 faiz təşkil edib.
Hesabat dövründə məşğul əhalinin sayı 185 min nəfər artaraq 32 milyon 772 min nəfərə, məşğulluq səviyyəsi isə 0,2 faiz bəndi artaraq 49,2 faizə çatıb.

