Gundelik.az Dünya Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 161 şübhəli saxlanılıb
Dünya Xəbərlər

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 161 şübhəli saxlanılıb

Son bir həftə ərzində Ankara və İstanbul da daxil olmaqla 38 vilayətdə eyni vaxtda keçirilən antiterror əməliyyatları nəticəsində İŞİD terror təşkilatının tərkibində fəaliyyət göstərdiyi və təşkilata maliyyə dəstəyi verdiyi müəyyən edilən 161 şübhəli saxlanılıb.

Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya sosial media hesabında məlumat verib. Nazir bildirib ki, əməliyyatlar zamanı sənədsiz silahlar, təşkilata məxsus çoxlu sayda sənəd və rəqəmsal material da ələ keçirilib.

Yerlikaya paylaşımında əməliyyatlarda iştirak edən Cumhuriyyət Baş Prokurorluğu, Təhlükəsizlik Ümumi Müdirliyi TEM Şöbəsi, Kəşfiyyat Müdirliyi, Milli Kəşfiyyat Təşkilatı (MİT), vilayət polis idarələri və polis əməkdaşlarını təbrik edib.

Nazir əlavə edib ki, “Millətimizin əmin-amanlığı və təhlükəsizliyi üçün əməliyyatlarımız fasiləsiz davam etdiriləcək”.

Gundelik.az

Exit mobile version