Gundelik.az Dünya Türkiyədə hərbçiləri daşıyan nəqliyyat vasitəsi aşdı: xəsarət alanlar var
Dünya Xəbərlər

Türkiyədə hərbçiləri daşıyan nəqliyyat vasitəsi aşdı: xəsarət alanlar var

Türkiyənin Ərzurum şəhərində hərbçiləri daşıyan mikroavtobusun aşması nəticəsində 13 nəfər yüngül xəsarət alıb.

Bu barədə Gundelik.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Belə ki, içərisində hərbçiləri daşıyan mikroavtobus Şimal Dairəvi yolunda İbrahim Hakkı məhəlləsində aşıb.

Xəbərdarlıq üzərinə qəza yerinə yol və sağlamlıq qrupları sövq edilib.

Hadisə nəticəsində sürücü və 12 hərbçi yüngül xəsarət alıb.

Sağlamlıq qrupları tərəfindən şəhərdəki xəstəxanalara çatdırılan yaralıların həyati təhlükəsinin olmadığı öyrənilib.

Bildirilib ki, qəza nəqliyyat vasitəsinin mikroavtobusun qarşısından yan yoldan çıxması nəticəsində baş verib.

Gundelik.az 

Exit mobile version